Babi Yar

Babi Yar
İkinci dünya müharibəsi
Kiyev yaxınlığından keçən Babi Yar çayı.
Kiyev yaxınlığından keçən Babi Yar çayı.
Hücum yeri Kiyev, Ukrayna SSR
Hücum hədəfi etnik yəhudilər və sovet əsgərləri
Vaxt 29-30 sentyabr, 1941
Həlak olanlar 33.771 yəhudi 2 gün ərzində öldürüldü və onlardan cəmi 29 nəfəri xilas olmağı bacardı. Hadisələrin gedişatında 100.000-150.000 nəfərə yaxın ukrayn, yəhudi, roman və sovet əsirləri sonrakı müddət ərzində həlak oldu.
Təşkilatçılar SS, Ordnungspolizei və Einsatzgruppen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür.

Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir.[1]

Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir.[2] Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir.[3] Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.[4]

Ərazidə gercəkləşdirilmiş digər qətliamların qurbanları arasında sovet müharibə əsirləri, kommunistləri, ukrayn millətçiləri və qaraçılar üstünlük təşkil edirdi.[5] Ümumilikdə alman işğalı zamanı Babi Yarda 100.000–150.000 insanın öldürüldüyü təxmin edilməkdədir.[6]

  1. Karel C. Berkhoff. "Babi Yar Massacre" (Google book preview). Ibidem. May 28, 2008. səh. 303. ISBN 0253001595. July 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2013.
  2. Wolfram Wette. The Wehrmacht: History, Myth, Reality. Harvard University Press. 2006. səh. 112.
  3. Wendy Lower, "From Berlin to Babi Yar. The Nazi War Against the Jews, 1941–1944" (PDF). Archived from the original on 2009-03-05. İstifadə tarixi: 2014-04-24. Journal of Religion & Society, Volume 9 (2007). The Kripke Center, Towson University. I. S. S. N 1522–5658. Retrieved from Internet Archive, may 24, 2013.
  4. Browning, Christopher R. "Arrival in Poland" (PDF file, direct download 7.91 MB complete). Ordinary Men: Reserve Police Battalion 101 and the Final Solution in Poland. Penguin Books. 1992–1998. 135–142. October 19, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 24, 2013. Also: PDF cache archived by WebCite.
  5. A Museum for Babi Yar Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine, The Jerusalem Post (23 October 2011)
  6. Magocsi, Paul Robert. A History of Ukraine. University of Toronto Press. 1996. səh. 633. ISBN 978-0-8020-7820-9. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search